• 설교
  • 예화
  • 자료
  • 성경
Çıxış 9 [Azerbaycan]
Çıxış 9 [Azerbaycan] Rəbb Musaya dedi: «Fir’onun yanına gedib ona söylə: “İbranilərin Allahı Rəbb belə deyir: Mənə ibadət etmək üçün xalqımı burax! əgər sən onları buraxmaqdan boyun qaçırıb saxlamağı davam etsən, budur, Rəbb tarlanda olan heyvanların – at, eşşək, dəvə, mal-qara və qoyun-keçinin üzərinə əlini qaldıracaq; çox ağır qırğın olacaq. Ancaq Rəbb İsrail övladlarının heyvanları ilə Misirlilərin heyvanları arasında fərq qoyacaq. İsrail övladlarına məxsus olan heyvanlardan heç biri ölməyəcək”». Rəbb vaxt tə’yin edib dedi: «Rəbb bunu ölkədə sabah edəcək». Məhz bunu da Rəbb səhəri gün etdi. Misirlilərin bütün heyvanları öldü. Ancaq İsrail övladlarının heyvanlarından heç biri ölmədi. Fir’on vəziyyəti soruşdu və İsrail övladlarının heyvanlarından heç birinin ölmədiyi barədə xəbər aldı. Ancaq fir’onun ürəyi inadkar oldu və o xalqı buraxmadı. Rəbb Musaya və Haruna dedi: «Kürədən əlinizə ovuc-ovuc qurum götürün. Qoy Musa onu fir’onun gözü önündə göyə səpsin. Bütün Misir torpağında toz qalxacaq, insanların və heyvanların bədənində irinli çibanlar əmələ gətirəcək». Onlar kürə qurumunu götürüb fir’onun hüzurunda dayandılar. Musa onu göyə qədər səpdi, insanların və heyvanların bədəninə irinli çibanlar çıxdı. Sehrbazlar da bu cəzaya görə Musanın qabağında dayana bilmədilər, çünki sehrbazların və bütün Misirlilərin bədənlərinə çibanlar çıxmışdı. Rəbbin Musaya söylədiyi kimi oldu: Rəbb fir’onun ürəyini inadkar etdi və fir’on onlara qulaq asmadı. Rəbb Musaya dedi: «Sabah səhər tezdən qalx və fir’onun qarşısına gedib ona belə söylə: İbranilərin Allahı Rəbb belə deyir: “Mənə ibadət etmək üçün xalqımı burax! Çünki Mən bu dəfə sənin ürəyinə, ə’yanlarının və xalqının da üzərinə bütün bəlalarımı göndərəcəyəm. Bundan biləcəksən ki, bütün dünyada Mənə bənzər yoxdur. əgər indi əlimi uzadıb səni və xalqını qırğınla cəzalandırmış olsaydım, yer üzündən silinib atılardın. Amma ona görə səni qoruyub saxladım ki, Öz gücümü sənə göstərim və adım bütün dünyaya e’lan edilsin. Sən hələ də Mənim xalqıma qarşı durmusan və onu buraxmırsan. Budur, Mən sabah bu vaxt çox güclü bir dolu göndərəcəyəm: elə bir dolu ki Misir qurulandan indiyə qədər orada olmayıb. İndi heyvanlarını və çöldə olan hər şeyini apar, çünki tarlada qalan bütün insanlar və heyvanlar evə gətirilməsə, onların üzərinə dolu yağacaq və öləcəklər”». Fir’onun ə’yanlarından bə’ziləri Rəbbin sözündən qorxub öz qul və heyvanlarını tələsik evlərinə gətirdilər. Rəbbin sözünə e’tinasızlıq edənlər isə öz qul və heyvanlarını tarlada qoydular. Rəbb Musaya dedi: «əlini göyə uzat. Qoy bütün Misir torpağına və orada olan insanların, heyvanların və bütün tarla bitkilərinin üzərinə dolu yağsın». Musa əsasını göyə qaldırdı. Rəbb ildırımla dolu göndərdi və yerə od düşdü; Rəbb Misir torpağı üzərinə dolu yağdırdı. Beləliklə, çox güclü bir dolu yağdı. Dolu içində od alışırdı; Misir milləti mövcud olduğu vaxtdan bəri burada belə dolu olmamışdı. Dolu bütün Misir torpağında insandan heyvana və tarla bitkilərinə qədər hər şeyi məhv etdi. Çöldə bitən bütün otlar və ağaclar tələf oldu. Ancaq İsrail övladlarının yaşadığı Qoşen torpağına dolu yağmadı. Fir’on Musanı və Harunu çağırtdırıb onlara dedi: «Bu dəfə günah etdim. Rəbb ədalətlidir, mən və xalqım isə haqsızıq. Kifayətdir! Rəbbə yalvarın ki, bu dəhşətli ildırım və dolu dayansın. Sizi azad edərəm, daha burada qalmayın». Musa ona dedi: «Şəhərdən çıxanda əlimi Rəbbə tərəf qaldıracağam, ildırım dayanacaq və daha dolu yağmayacaq. Bundan biləcəksən ki, dünya Rəbbə məxsusdur. Ancaq mən bilirəm ki, sən və ə’yanların yenə də Rəbb Allahdan qorxmursunuz». Bu vaxt kətan və arpa məhsulu məhv oldu, çünki arpa dən gətirmiş, kətan isə qozalanmışdı. Ancaq buğda və pərinc məhsulu məhv olmadı, çünki onlar gec yetişirlər. Musa fir’onun yanından şəhərdən çıxıb əlini Rəbbə tərəf qaldırdı; ildırım və dolu dayandı və yerə yağış yağmadı. Fir’on yağışın, dolunun və ildırımın dayandığını görüb yenə də günah etməyə başladı, özü və ə’yanları ürəklərini inadkar etdilər. Rəbbin Musa vasitəsilə söylədiyi kimi fir’onun ürəyi inadkarlaşdı və o, İsrail övladlarını buraxmadı.
1 Şamuel 1 [Azerbaycan]
1 Şamuel 1 [Azerbaycan] Efrayimin dağlıq bölgəsində yerləşən Ramatayim-Sofim şəhərində Elqana adlı bir adam yaşayırdı. O, Efrayim sakini olub Suf tayfasından – Suf oğlu Toxu oğlu Elihu oğlu Yeroxamın oğlu idi. Elqananın Xanna və Peninna adında iki arvadı vardı. Peninnanın uşaqları var idi, amma Xannanın övladı olmurdu. Elqana Ordular Rəbbinə səcdə qılmaq və qurban kəsmək üçün hər il öz şəhərindən Şiloya gedərdi. Eli, Xofni və Pinxas adlı iki oğlu ilə orada Rəbbin kahinləri idi. Elqana qurban kəsilən gün arvadı Peninnaya, oğul və qızlarının hamısına pay verərdi. Xannaya isə ikiqat pay verərdi. Rəbb onun bətnini bağlamışdı, buna baxmayaraq Elqana onu çox sevirdi. Günüsü Peninna isə Xannanın Rəbb tərəfindən bətninin bağlanmasına görə həmişə ona sataşar və xətrinə dəyərdi. Bu, illərlə belə davam edirdi. Xanna hər dəfə Rəbbin ibadətgahına gedəndə günüsü ona söz atar, Xanna da ağlayar, yemək yeməzdi. Bir gün əri Elqana ona dedi: «Xanna, niyə ağlayırsan? Niyə yemək yemirsən? Axı niyə kədərlisən? Mən sənə on oğuldan da artıq deyiləmmi?» Onlar Şiloda yeyib-içəndən sonra Xanna ayağa qalxdı. Kahin Eli Rəbbin mə’bədinin qapısının yanındakı kürsüdə oturmuşdu. Xanna ürək yanğısı ilə dua edərək acı-acı ağlayırdı. Rəbbə yalvararaq əhdini belə söylədi: «Ey Ordular Rəbbi, Öz dərdli bəndənin vəziyyətini görürsən. Mən bəndəni unutmayıb bir oğul versən, oğlumun həyatını Sənə həsr etmək üçün verər və qoymaram ki, onun başına ülgüc dəysin». Xanna Rəbbin hüzurunda uzun müddət dua etdi. Eli isə onun ağzına baxırdı. Xanna qəlbində yalvardığı üçün yalnız dodaqları tərpənirdi, səsi eşidilmirdi. Eli elə güman etdi ki, o, sərxoşdur. Ona görə də dedi: «Nə vaxta qədər sərxoşluq edəcəksən? Bəsdir, at bu şərabı». Xanna cavabında dedi: «Xeyr, ağam, mən nə şərab içmişəm, nə də başqa içkilər. Könlü qəm-qüssəli bir qadınam ki, sadəcə Rəbbin hüzurunda ürəyimi boşaldıram. Kənizini pis qadın sanma. Bu yalvarışım indiyədək çəkdiyim böyük qayğı və əziyyətə görədir». Eli cavab verib dedi: «Salamat get, qoy İsrailin Allahı səni muradına çatdırsın!» Xanna «təki bəndən sənin gözlərində lütf tapsın» deyib yolu ilə getdi və yemək yedi. Artıq çöhrəsi kədərli deyildi. Ertəsi gün onlar sübh tezdən qalxıb Rəbbə səcdə qılandan sonra Ramadakı evlərinə qayıtdılar. Elqana arvadı Xanna ilə yaxınlıq etdi və Rəbb də Xannanı yada saldı. Vaxt keçdi, Xanna hamilə olub bir oğul doğdu. «Onu Rəbdən dilədim» deyərək adını Şamuel qoydu. Elqana Rəbbə illik qurbanını və əhdini yerinə yetirmək üçün evdəkilərlə bərabər Şiloya getdi. Amma Xanna getmədi. ərinə «körpəni süddən kəsəndən sonra onu Rəbbə xidmət etmək üçün aparacağam və ömrü boyu orada qalacaq» dedi. əri Elqana ona dedi: «Gözündə nə xoşdursa, elə də et, onu süddən ayırana qədər evdə otur. Qoy Rəbb Öz və’dini yerinə yetirsin». Qadın evdə qalıb oğlunu süddən ayırana qədər əmizdirdi. Uşağı süddən ayırandan sonra Xanna onu üç buğa, bir efa un və bir tuluq şərabla birlikdə Rəbbin Şilodakı ibadətgahına apardı. Uşaq isə hələ balaca idi. Buğanı kəsəndən sonra uşağı Eliyə verdilər. Xanna dedi: «Ey ağam, canına and olsun, burada – sənin yanında durub Rəbbə yalvaran qadın mənəm. Yalvarışım bu uşaq üçün idi, Rəbb muradımı yerinə yetirdi. Mən onu Rəbbə əhd etmişdim və ömrü boyu Rəbbə həsr olunmalıdır». Sonra uşaq orada Rəbbə səcdə etdi.
1 Şamuel 10 [Azerbaycan]
1 Şamuel 10 [Azerbaycan] Şamuel bir qab zeytun yağı götürüb Şaulun başına tökdü və onu öpərək dedi: «Rəbb səni Öz irsi olan İsrail üzərində başçı olmaq üçün məsh etdi, elə deyilmi? Bu gün məndən ayrılandan sonra Binyamin torpağında, Selsahda olan Rəhilənin məzarı yanında iki adama rast gələcəksən və onlar sənə deyəcək: “Axtarmağa getdiyin eşşəklər tapılıb. Artıq atan eşşəkləri unudub sizin dərdinizi çəkərək deyir: ‹Oğluma görə nə edim?›” Oradan da irəli keçib Tavordakı palıd ağacının yanına çatacaqsan və həmin yerdə səni Bet-Elə – Allahın hüzuruna çıxan üç adam qarşılayacaq. Onlardan biri üç oğlaq, o biri üç kömbə çörək, biri də bir tuluq şərab aparacaq. Onlar səni salamlayaraq iki kömbə çörək verəcəklər. Sən də o çörəkləri onlardan alacaqsan. Bundan sonra Filişt keşik dəstəsinin olduğu yerə – Giveat-Elohimə çatacaqsan. Şəhərə girən zaman orada səcdəgahdan enən bir peyğəmbər dəstəsinə rast gələcəksən. Onların qarşılarında çəng, dəf, ney, lira çalınacaq və onlar peyğəmbərlik edəcək. Onda Rəbbin Ruhu üzərinə qüvvə ilə enəcək və sən də onlarla birgə peyğəmbərlik edəcəksən və dönüb tamam başqa bir adam olacaqsan. Bu əlamətlər səndə baş verəndə vəziyyətə uyğun hərəkət et, çünki Allah səninlədir. Sən məndən əvvəl Qilqala enəcəksən, mən də yandırma qurbanları təqdim etmək və ünsiyyət qurbanları kəsmək üçün oraya enəcəyəm. Amma mən yanına gəlib nə edəcəyini sənə bildirənədək yeddi gün gözləməli olacaqsan». Şaul Şamuelin yanından yola düşmək üçün çevriləndə Allah onun ürəyini dəyişdirdi və bütün bu əlamətlər o gün yerinə yetdi. Oradan Giveaya gedərkən onları bir peyğəmbər dəstəsi qarşıladı və Allahın Ruhu Şaulun üstünə qüvvə ilə endi. Onların arasında Şaul da peyğəmbərlik etməyə başladı. əvvəldən onu tanıyan camaatın hamısı onun peyğəmbərlik etdiyini görəndə bir-birinə belə dedi: «Qişin oğluna nə olub? Məgər Şaul da peyğəmbərlərin sırasındadır?» Bir adam cavab verib dedi: «Görün onların atası kimdir?» Buna görə də «Məgər Şaul da peyğəmbərlər sırasındadır?» sözü məsələ çevrildi. Şaul peyğəmbərlik edəndən sonra səcdəgaha qalxdı. Şaulun əmisi ondan və nökərindən soruşdu: «Hara getmişdiniz?» Şaul dedi: «Eşşəkləri axtarmağa getmişdik, amma gördük ki, tapa bilmirik, ona görə də Şamuelin yanına getdik». Şaulun əmisi dedi: «Rica edirəm, Şamuelin sənə nə dediyini mənə danış». Şaul əmisinə dedi: «Eşşəklərin tapıldığını bizə aydın bildirdi». Lakin padşahlıq haqqında Şamuelin sözünü əmisinə danışmadı. Şamuel xalqı Rəbbin önünə – Mispaya çağırdı. O, İsrail övladlarına dedi: «İsrailin Allahı Rəbb belə deyir: “İsraili Misirdən Mən çıxartdım. Misirlilərin və sizə zülm edən bütün səltənətlərin əlindən sizi Mən azad etdim”. Lakin bəlalarınızdan və müsibətlərinizdən sizi qurtaran Allahınızı bu gün rədd etdiniz və Ona “üzərimizə bir padşah qoy” dediniz. İndi isə qəbilələrinizə və nəsillərinizə görə Rəbbin hüzurunda durun». Şamuel İsrailin bütün qəbilələrini bir-bir qabağa çıxartdı, Binyamin qəbiləsi püşk ilə seçildi. Sonra Binyamin qəbiləsini nəsilbənəsil qabağa çıxartdı. Püşk Matri nəslinə düşdü. Nəhayət Qiş oğlu Şaul seçildi. Lakin onu axtarıb tapa bilmədilər. Yenə Rəbdən soruşdular: «O buraya hələ gəlməyibmi?» Rəbb dedi: «Odur, yüklərin arasında gizlənib». Qaçıb Şaulu oradan gətirdilər. Xalq arasında duran zaman Şaul xalqın hamısından bir çiyin hündür görünürdü. Şamuel bütün xalqa dedi: «Rəbbin seçdiyi bu xalqın arasında bənzəri olmayan adamı görürsünüzmü?» O zaman xalq bir səslə qışqırıb dedi: «Yaşasın padşah!» Şamuel padşahlıq qaydalarını xalqa söylədi və kitaba yazıb Rəbbin önünə qoydu. Sonra Şamuel bütün xalqı evinə göndərdi. Şaul da Giveaya, öz evinə qayıtdı və qəlblərində Allahın oyanış yaratdığı igidlər onunla bərabər getdilər. Bə’zi yaramaz adamlar isə belə dedilər: «Bu adam bizi necə qurtaracaq?» Ona xor baxıb hədiyyə göndərmədilər. Şaul isə buna susdu.
1 Şamuel 11 [Azerbaycan]
1 Şamuel 11 [Azerbaycan] Ammonlu Naxaş gəlib Yaveş-Gileada qarşı ordugah qurdu. Bütün Yaveş əhalisi Naxaşa dedi: «Bizimlə saziş bağla, biz də sənə qulluq edək». Ammonlu Naxaş isə onlara dedi: «Bu şərtlə sizinlə razılığa gələrəm ki, hər birinizin sağ gözünü çıxarıb bütün İsraili rüsvay edim». Yaveş ağsaqqalları ona dedilər: «Bizə yeddi gün möhlət ver ki, İsrailin bütün ərazisinə qasidlər göndərək və əgər bizi heç kim xilas edə bilməsə, sənə təslim olarıq». Qasidlər Şaulun Givea şəhərinə gəldilər və xalq arasında bu sözləri car çəkdilər. Bütün xalq da şivən qoparıb ağladı. Bu vaxt Şaul öküzlərin arxasınca tarladan gəlirdi. O dedi: «Xalqa nə olub ki, ağlayır?» Ona Yaveşlilərin sözünü çatdırdılar. Həmin sözləri eşidən zaman Allahın Ruhu Şaulun üstünə qüvvə ilə endi, qəzəbindən od tutub yandı. O, bir cüt öküzünü götürüb parça-parça doğradı və onları qasidlərin əli ilə bütün İsrail ərazisinə göndərib dedi: «Kim Şaulun və Şamuelin ardınca getməsə, bax öküzləri bu kökə salınacaq». Xalqın arasına Rəbbin xofu düşdü və hamı bir nəfər kimi ayağa qalxdı. Şaul onları Bezeqdə saydı: İsrail övladları üç yüz min və Yəhuda adamları isə otuz min nəfər oldu. Gələn qasidlərə dedilər: «Yaveş-Gileadlılara belə deyərsiniz: “Sabah gün qızınca sizə qurtuluş olacaq”». Qasidlər gedib bunu Yaveşlilərə bildirdilər və onlar da sevindilər. Yaveşlilər Ammonlulara dedilər: «Sabah təslim olacağıq və bizimlə gözünüzdə xoş görünən kimi rəftar edin». Ertəsi gün Şaul xalqı üç bölməyə ayırdı və səhər qarovulunda düşmən ordugahının içinə girərək gün qızana qədər Ammonluları qırdı. Qalanlar isə elə dağıldılar ki, onlardan iki nəfər bir yerdə qalmadı. Xalq Şamuelə dedi: «“Şaulmu üzərimizdə padşah olacaq?” deyənlər kimlərdir? O adamları verin öldürək». Şaul isə dedi: «Bu gün heç kəs öldürülməyəcək, çünki Rəbb bu gün İsrailə qurtuluş verdi». Şamuel xalqa dedi: «Gəlin Qilqala gedək və orada padşahlığı yenidən təsdiq edək». Bütün xalq Qilqala getdi. Orada – Qilqalda Şaulu Rəbbin önündə padşah olaraq qəbul etdilər və sonra Rəbbin önündə ünsiyyət qurbanları kəsdilər. Bütün İsraillilər Şaulla birgə böyük bayram etdilər.
1 Şamuel 19 [Azerbaycan]
1 Şamuel 19 [Azerbaycan] Şaul oğlu Yonatana və bütün ə’yanlarına tapşırdı ki, Davudu öldürsünlər. Lakin Şaulun oğlu Yonatanın Davuddan çox xoşu gəlirdi. Yonatan Davuda xəbər verib dedi: «Atam Şaul səni öldürmək istəyir. İndi isə rica edirəm, səhərə qədər özünü qoru. Bir yer tap, gizlən. Mən isə çöldə gizləndiyin yerə çıxaraq atamın yanında dayanıb sənin haqqında onunla danışacağam. əgər bir şey görsəm, gəlib sənə xəbər verərəm». Yonatan atası Şaula Davudu tə’rifləyib dedi: «Padşah qulu Davuda qarşı günah etməsin, çünki o sənə qarşı heç vaxt günah etməyib və onun işləri sənin üçün çox xeyirli olmuşdur. O, canını dişinə tutub Qolyatı öldürdü və Rəbb bütün İsrailə böyük qələbə qazandırdı. Bunu sən də görüb sevindin. Davudu boş yerə öldürməklə nə üçün nahaq qan töküb günah edirsən?» Şaul Yonatanın sözünü dinləyib «var olan Rəbb haqqı, onu öldürməyəcəyəm» deyə and içdi. Yonatan Davudu çağırdı və bütün bu sözləri ona xəbər verdi. Sonra o, Davudu Şaulun yanına gətirdi və Davud əvvəlki kimi Şaulun qulluğunda durdu. Yenidən müharibə başladı. Davud qalxıb Filiştlilərə qarşı vuruşdu, onları məğlubiyyətə uğratdı və Filiştlilər Davudun qabağından qaçdılar. Şaul əlində nizə evdə oturmuşdu, Rəbbin izni ilə şər ruh onun üzərinə endi. Davud isə əlində lira çalırdı. Şaul Davudu nizə ilə divara yapışdırmağa çalışdı, lakin Davud Şaulun qabağından qaçdı, nizə divara yapışdı. Davud o gecə qaçıb canını qurtardı. Şaul Davudun evinə adamlar göndərdi ki, onu güdüb səhər ikən öldürsünlər. Davudun arvadı Mikal bunu Davuda xəbər verib dedi: «əgər bu gecə canını qurtarmasan, səhər ikən öldürüləcəksən». Sonra Mikal Davudu pəncərədən aşağı saldı və o qaçaraq qurtuldu. Mikal ev bütünü götürüb yatağa uzatdı və başına tüklü keçi dərisi keçirib üstünü paltarla örtdü. Şaulun Davudu yaxalamaq üçün göndərdiyi adamlar gələndə Mikal dedi ki, o xəstədir. Şaul Davudu görmək istəyirdi. Onun üçün başqa adamlar göndərib dedi: «Onu yatağının içindən çıxarıb yanıma gətirin ki, öldürüm». Bu adamlar içəri girib gördülər ki, yataqda başına tüklü keçi dərisi keçirilmiş büt uzanıb. Şaul Mikala dedi: «Niyə məni aldatdın? Düşmənimi buraxdın, o da qurtuldu». Mikal Şaula cavab verdi: «Davud mənə dedi ki, məni burax, gedim! Axı niyə səni öldürüm?» Davud qaçıb qurtuldu və Ramaya, Şamuelin yanına gəldi. Şaulun ona qarşı nə etdiyini təfsilatı ilə Şamuelə danışdı və onunla birlikdə gedib Nayot məhəlləsində qaldılar. «Budur, Davud Ramanın Nayot məhəlləsindədir» deyə Şaula xəbər verdilər. Şaul Davudu gətirmək üçün oraya adamlar göndərdi. Adamlar Şamuelin başçılığı altında peyğəmbərlər dəstəsinin peyğəmbərlik etdiyini gördülər. Onda bu adamların da üstünə Allahın Ruhu endi və onlar da peyğəmbərlik etməyə başladılar. Bunu Şaula xəbər verdilər, o başqa adamlar göndərdi və onlar da peyğəmbərlik etdilər. Şaul üçüncü dəfə yenə adamlar göndərdi, onlar da peyğəmbərlik etdilər. Axırda özü Ramaya getdi və Sekuda olan böyük quyunun yanına gəlib oradakılardan soruşdu: «Şamuellə Davud haradadırlar?» Bir nəfər dedi ki, budur, Ramadakı Nayotda. Şaul Ramadakı Nayota gedəndə onun da üstünə Allahın Ruhu endi və Ramadakı Nayota çatana qədər peyğəmbərlik edərək getdi. Sonra o, paltarını soyunub Şamuelin qabağında peyğəmbərlik etdi və gəlib bütün o günü və gecəni çılpaq yerə sərildi. Buna görə də «Məgər Şaul da peyğəmbərlərin sırasındadır?» deyirlər.
1 Şamuel 2 [Azerbaycan]
1 Şamuel 2 [Azerbaycan] Xanna Rəbbə belə dua etdi: «Rəbdə tapdığım sevincdən ürəyim cuşa gəlir, Rəbb mənə böyük güc verir, Düşmənlərimin önündə öyünürəm, Çünki Sən məni qurtardığına görə sevinirəm. Rəbbə oxşar ikinci müqəddəs yoxdur, Ey Rəbb, yeganəsən Sən! Allahımız kimi sığınacaq qaya yoxdur! Artıq qürurla danışmayın, Dilinizdən təkəbbürlü sözlər çıxmasın. Çünki Rəbb hər şeyi bilən Allahdır, Hər iş Onun tərəfindən ölçülür. İgidlərin yayları qırılır, Büdrəyənlər isə Onun qüdrəti ilə qurşanır. Toxlar azuqə üçün muzdla işlərkən Aclar doyuzdurulur. Sonsuz qadın yeddi övlad doğur, Çoxuşaqlı qadın isə tənha qalır. Rəbb insanı həm öldürür, həm dirildir. Ölülər diyarına həm endirir, həm çıxarır. Rəbb yoxsulluq və var-dövlət göndərir, Alçaldır və yüksəldir. O, yoxsulları toz-torpağın içindən götürür, Fəqirləri küllükdən çıxarır. Onları hökmdarların yanında əyləşdirir, Onlara irs olaraq şərəf taxtını verir. Çünki Rəbb yerin təməlini qoydu, Onun üzərində dünyanı qurdu. Sadiq qullarının addımlarını qoruyur, Pisləri isə zülmətdə susdurur. Çünki insan öz qüvvəsi ilə zəfər çalmır. Rəbbə qarşı duranlar parça-parça olacaq, Haqq-Taala onların üzərində göyləri gurladacaq. Rəbb bütün dünyada hakimlik edir, Öz padşahına qüvvət verəcək, Məsh etdiyinə böyük güc verəcək!» Sonra Elqana Ramadakı evinə qayıtdı. Kiçik Şamuel isə kahin Elinin nəzəri altında Rəbbə xidmət etməyə başladı. Elinin oğulları yaramaz adamlar idi. Onlar Rəbbi tanımırdı. Bu kahinlərin xalqla rəftarı belə idi: qurban təqdim edilən zaman, ət qaynayarkən kahinin xidmətçisi əlində üçdişli ət qarmağı ilə gələrdi. ət qarmağını qazana, təknəyə, tavaya, bardağa salardı və qarmaqla nə çıxardısa, bu kahinlər onu özlərinə götürərdi. Onlar Şiloya qurban gətirən İsraillilərin hamısı ilə belə rəftar edirdilər. Üstəlik də qurbanın iç piyini yandırmazdan əvvəl kahinin xidmətçisi gəlib qurban gətirən adama deyərdi: «Kahinə qızartma üçün ət ver. İndi isə o səndən bişmiş ət deyil, çiy ət istəyir». əgər qurban gətirən «qoy əvvəlcə iç piyi yandırılsın, sonra istədiyin payı gəl götür» deyərdisə, xidmətçi «xeyr, indi ver, yoxsa zorla götürərəm» deyə cavab verərdi. Rəbbin gözü önündə bu gənclər çox böyük günah işlədirdilər, çünki onlar Rəbbə gətirilən təqdimlərə hörmət etmirdilər. Kiçik Şamuel isə əyninə kətan efod geyərək Rəbbin önündə xidmət edirdi. Anası Şamuelə kiçik cübbə tikərdi. Hər il atası illik qurbanı təqdim etmək üçün Şiloya gələndə o da tikdiyi kiçik cübbəni gətirib oğluna verərdi. Kahin Eli isə Elqana ilə arvadına xeyir-dua verərək «arvadının istədiyi və Rəbbə əhd etdiyi uşağın yerinə Rəbb sənə bu qadından yeni övladlar versin» deyərdi. Bundan sonra onlar evlərinə qayıdardı. Rəbbin lütfü ilə Xanna yenə hamilə olub bundan sonra üç oğul və iki qız doğdu. Kiçik Şamuel isə Rəbbin hüzurunda böyüyürdü. Eli artıq çox qocalmışdı. O, oğullarının İsraillilərə etdikləri və Hüzur çadırının girişində xidmət edən qadınlarla əxlaqsızlıqları barədə hər şeyi eşitmişdi. Eli onlara dedi: «Nə edirsiniz? Bütün xalqdan etdiyiniz pis əməllər barədə eşidirəm. Belə yaramaz, oğullarım! Eşitdiyim yaxşı xəbər deyil. Rəbbin xalqını yoldan çıxarırsınız. İnsan insana qarşı günah işlədərsə, onun üçün Allaha yalvarmaq olar. Amma Rəbbə qarşı günah işlədənə kim yalvarışla zamin durar?» Lakin onlar atalarının sözlərinə qulaq asmazdılar, çünki Rəbb onları ölümə məhkum etmişdi. Kiçik Şamuel isə getdikcə böyüyür, Rəbbin və insanların gözündə hörmət qazanırdı. Həmin dövrdə bir Allah adamı Elinin yanına gəlib söylədi: «Rəbb belə deyir: “Misirdə atan və onun nəsli fir’onun xalqına kölə olarkən Özümü onlara aydın göstərmədimmi? Qurbangahıma çıxaraq buxur yandırıb önümdə efod geyməsi üçün bütün İsrail qəbilələri arasından yalnız atanı Özümə kahin seçmədimmi? İsraillilər üçün buyurduğum təqdimləri atanın nəslinə vermədimmi? Bəs nə üçün məskənimə buyurduğum qurban və təqdimlərə hörmətsizlik edirsiniz? Nə üçün oğullarını Məndən üstün tutursan? Xalqım İsrailin bütün təqdimlərinin ən ə’lası ilə özünüzü kökəltdiyinizə görəmi?” Ona görə də İsrailin Allahı Rəbb belə deyir: “Həqiqətən, ailən və ata nəslin əbədilik Mənə xidmət edəcək” demişdim, amma indi belə deyirəm: “Yox, Mən belə etməyəcəyəm. Mənə hörmət edənləri hörmətə çatdıracağam, Məni saymayanlar isə rüsvay ediləcək! Budur, elə günlər gəlir ki, sənin də, ata nəslinin də gücünü qıracağam və nəslindən heç kim uzun ömür sürməyəcək. İsrailə etdiyim yaxşılığın əvəzinə sən evində qəm-qüssə görəcəksən və artıq nəslindən heç kim uzun ömür sürməyəcək. Aranızda qurbangahımdan ayağını kəsmədiyim bir adam olacaq ki, onu da gözlərini kor etmək və qəlbini kədərləndirmək üçün sağ saxlayacağam. Nəslindən olanların hamısı az ömür sürüb öləcək. İki oğlunun – Xofni və Pinxasın eyni bir gündə ölməsi sənə bir işarə olacaq. Mən isə Özümə istəklərimi və arzularımı yerinə yetirən vəfalı bir kahin seçəcəyəm. Onun nəslini əbədiləşdirəcəyəm. Məsh etdiyimin önündə o xidmət edəcək. Ailəndən sağ qalan hər kəs bir az gümüş pul və bir parça çörək üçün gəlib onun qarşısında əyiləcək, ‹nə olar, bir parça çörək üçün mənə hər hansı bir kahinlik işi ver› deyərək yalvaracaq”».
1 Şamuel 8 [Azerbaycan]
1 Şamuel 8 [Azerbaycan] Şamuel qocalanda oğullarını İsrailə hakim etdi. Onun ilk oğlunun adı Yoel, ikincisinin adı isə Aviya idi. Onlar Beer-Şevada hakim idilər. Oğulları onun yolu ilə getməyib şərəfsiz qazanc ardınca düşdülər və rüşvət alıb düzgün olmayan hökmlər verirdilər. Bütün İsrail ağsaqqalları yığılıb Ramaya – Şamuelin yanına gəldilər. Ona dedilər: «Bax sən qocasan və oğulların sənin yolunla getmir. İndi isə digər millətlərdə olduğu kimi bizə bir padşah tə’yin et ki, bizə hökmranlıq etsin». Lakin Şamuel «bizə bir padşah tə’yin et ki, hökmranımız olsun» deyilən zaman bu sözlərdən narazı qaldı və Rəbbə dua etdi. Rəbb Şamuelə dedi: «Sənə dedikləri məsələlərlə əlaqədar xalqın hər sözünə qulaq as, çünki rədd etdikləri sən deyilsən, onlar üzərində hökmranlıq etməyim deyə, yalnız Məni rədd edirlər. Onları Misirdən çıxartdığım gündən bu günə qədər yad allahlara qulluq etməklə Məni tərk edirlər. Mənə etdiklərini indi eyni şəkildə sənə edirlər. Sən onların sözlərinə qulaq as, amma açıqca xəbərdarlıq et ki, onlara hökmdarlıq edəcək padşahın hakimiyyəti necə olacaq». Şamuel ondan padşah istəyən xalqa Rəbbin bütün sözlərini söylədi. O dedi: «Sizə hökmdarlıq edəcək padşahın hökmranlığı belə olacaq: oğullarınızı döyüş arabaları və süvari qoşununda xidmət etmək üçün aparacaq və döyüş arabalarının qabağında qaçıracaq. Onlardan bə’zilərini minbaşı və əllibaşı tə’yin edəcək, bə’zilərinə torpaqlarını şumladacaq və əkinini biçdirəcək, bə’zilərini isə hərbi sursat və döyüş arabalarına ləvazimat hazırlamaq üçün işlədəcək. Qızlarınızı ətir düzəltmək, aşpaz və çörəkçi işlətmək üçün aparacaq. ən yaxşı tarlalarınızı, üzüm və zeytun bağlarınızı alıb ə’yanlarına verəcək. Taxıllarınızın və üzümlüklərinizin məhsullarından onda birini alıb xadimlərinə və ə’yanlarına verəcək. Qullarınızla qaravaşlarınızı, ən seçmə cavanlarınızı və eşşəklərinizi götürüb öz işində işlədəcək. Sürülərinizin onda birini özünə götürəcək və siz onun qulu olacaqsınız. Gün gələcək ki, seçdiyiniz padşahın əlindən fəryad edəcəksiniz, amma o vaxt Rəbb sizə cavab verməyəcək». Xalq isə Şamuelin sözünə qulaq asmaq istəməyib dedi: «Yox, mütləq üzərimizdə bir padşah olsun. Başqa millətlərdə olduğu kimi bizə də padşahımız hökmranlıq etsin, qabağa düşüb döyüşlərimizə başçılıq etsin». Şamuel xalqın hər sözünü dinləyib Rəbbə söylədi. Rəbb Şamuelə belə dedi: «Onların sözlərinə qulaq as və bir padşah tə’yin et». Şamuel İsraillilərə «hər kəs öz şəhərinə qayıtsın» dedi.
1 Şamuel 9 [Azerbaycan]
1 Şamuel 9 [Azerbaycan] Binyamindən Afiah oğlu Bekorat oğlu Seror oğlu Aviel oğlu Qiş adlı bir adam var idi. Binyaminli bu adam cəsur cəngavər idi. Onun Şaul adlı gənc, yaraşıqlı oğlu var idi və İsrail övladları arasında ondan yaraşıqlısı yox idi. O, xalqın hamısından bir çiyin hündür idi. Şaulun atası Qişin eşşəkləri itmişdi. Qiş oğlu Şaula dedi: «Qalx nökərlərdən birini yanına al, get, eşşəkləri axtar». Onlar Efrayimin dağlıq bölgəsini gəzdilər və Şalişa diyarından keçdilər, lakin eşşəkləri tapa bilmədilər. Şaalim diyarını dolandılar, eşşəklər orada da yox idi. Sonra Binyamin torpağını gəzdilər, lakin eşşəkləri tapa bilmədilər. Bundan sonra Suf bölgəsinə gəldilər və Şaul yanındakı nökərinə dedi: «Gəl qayıdaq, yoxsa atam eşşəkləri yaddan çıxarıb bizim üçün narahat olacaq». Nökəri isə ona dedi: «Bax bu şəhərdə bir Allah adamı var. O, möhtərəm bir adamdır və nə deyirsə, hamısı mütləq doğru çıxır. Gəl oraya gedək, bəlkə bizə gedəcəyimiz yolu o göstərdi». Şaul nökərinə dedi: «əgər getsək, o adama nə aparaq? Artıq torbalarımızda çörək qurtarmış və Allah adamına vermək üçün bir hədiyyəmiz belə, yoxdur. Axı nəyimiz var?» Nökər Şaula cavab olaraq belə dedi: «Bax əlimdə dörddə bir şekel gümüş var. Mən onu Allah adamına verərəm, qoy o bizə yolumuzu göstərsin». əvvəllər İsraildə Allahın iradəsini öyrənmək üçün gedəndə adamlar belə deyərdilər: «Gəl görücünün yanına gedək». O vaxt peyğəmbərləri görücü adlandırırdılar. Şaul isə nökərinə dedi: «Yaxşı deyirsən, gəl gedək». Onlar Allah adamının olduğu şəhərə getdilər. Yoxuşdan şəhərə qalxanda su çəkmək üçün şəhərdən çıxan gənc qızlara rast gəldilər və onlara dedilər: «Görücü buradadırmı?» Onlara cavab verdilər: «Buradadır, sizdən qabaqdadır. Tələsin, elə bu gün şəhərə gəlib, çünki xalq bu gün səcdəgahda qurban kəsəcək. Şəhərə girən kimi onu yemək üçün səcdəgaha qalxmazdan əvvəl taparsınız, ona görə ki o gəlməyincə xalq yeməyə başlamaz. O, qurbana xeyir-dua verəndən sonra çağırılanlar yeyər. Tez qalxsanız, ona çatarsınız». Onlar şəhərə qalxdılar. Şaul da təpədə yerləşən şəhərin mərkəzinə çatanda Şamuellə rastlaşdı, çünki o da səcdəgaha çıxırdı. Şaul gəlməmişdən bir gün əvvəl Rəbb Şamuelə bunu bildirərək qulağına demişdi: «Sabah bu vaxtlar sənin yanına Binyamin torpağından bir adam göndərəcəyəm və onu Mənim xalqım İsraillilərə başçı olaraq məsh edəcəksən. Filiştlilərin əlindən xalqımı o qurtaracaq, çünki xalqımın halına yanıram. Ona görə ki fəryadı gəlib Mənə çatdı». Şamuel Şaulu görəndə Rəbb ona dedi: «Bax sənə dediyim bu adam xalqıma hökmranlıq edəcək». Şaul darvazada Şamuelə yaxınlaşıb dedi: «Rica edirəm, görücünün evinin harada olduğunu mənə göstərəsiniz». Şamuel Şaula cavab verdi: «Görücü mənəm, qarşımca səcdəgaha qalx. Bu gün mənimlə bərabər yemək yeyəcəksiniz, sabah açılanda isə ürəyində olanların hamısını sənə bildirib yola salaram. Üç gün əvvəl itən eşşəklərinə gəlincə, onların fikrini çəkmə, artıq tapılıblar. Bütün İsrail nəyin həsrətindədir? Bu sənə və ata nəslinə aid deyilmi?» Şaul cavab verdi: «Mən İsrail qəbilələrinin ən kiçiyi olan Binyamindən deyiləmmi? Nəslim isə Binyamin qəbiləsinin nəsillərinin ən kiçiyi deyilmi? Axı nə üçün mənə belə söz söyləyirsiniz?» Şamuel Şaul ilə nökəri götürüb otağa apardı və otuz nəfərə qədər çağırılmış adamların arasında baş tərəfdə ona yer verdi. Şamuel aşpaza dedi: «“Bir yana ayrı qoy” deyib sənə verdiyim payı bura gətir!» Aşpaz yağlı budu Şaulun qarşısına qoydu. Şamuel dedi: «Buyur ye, bu sənin üçün ayrılan paydır, bunu sənin üçün saxladım ki, tə’yin etdiyim gün çağırdığım xalqla birlikdə yeyəsən». O gün Şaul Şamuellə birlikdə yemək yedi. Onlar səcdəgahdan şəhərə endilər, Şamuel Şaula evin damında söhbət etdi. Onlar erkən qalxdılar. Dan yeri söküləndə damdan Şamuel Şaulu çağırıb dedi: «Dur, səni yola salım». O da qalxıb Şamuellə birlikdə bayıra çıxdı. Onlar şəhər kənarına enərkən Şamuel Şaula dedi: «Nökərə de ki, qabaqda getsin». Nökər qabağa keçdi. «Amma sən indi ayaq saxla, qoy Allahın sözünü sənə bildirim».
1 Salnamələr 11 [Azerbaycan]
1 Salnamələr 11 [Azerbaycan] Bütün İsraillilər Xevrona, Davudun yanına toplaşıb dedilər: «Bax biz sənin sümüyündən, sənin ətindənik. əvvəlki vaxtlarda, Şaul padşahımız olanda da İsrailliləri yürüşlərə aparan və gətirən sən idin. Allahın Rəbb sənə demişdi ki, xalqım İsrailə sən çobanlıq edəcəksən, xalqım İsrail üzərində sən hökmdar olacaqsan». İsrailin bütün ağsaqqalları Xevrona, padşahın yanına gəldilər. Davud Xevronda, Rəbbin önündə onlarla əhd bağladı və onlar Şamuel vasitəsilə Rəbbin söylədiyi sözə görə Davudu İsrail üzərində padşah olmaq üçün məsh etdilər. Davud və bütün İsraillilər Yerusəlimə gəldilər. O vaxt şəhər Yevus adlanırdı və burada Yevuslular yaşayırdı. Onlar Davuda dedilər: «Sən buraya girə bilməzsən». Ancaq Davud indi «Davudun şəhəri» adlanan Sion qalasını aldı. Davud dedi: «Yevusluları hamıdan əvvəl kim məğlub etsə, rəis və ordu başçısı o olacaq». Seruya oğlu Yoav hamıdan əvvəl Yevusa qalxdı və buna görə də o, başçı oldu. Davud qalada məskən saldı və buna görə onu «Davudun şəhəri» adlandırdılar. O, qala yamacından qalanın ətrafına qədər bütün yerləri tikdi. Yoav isə şəhərin qalan hissəsini bərpa etdi. Davud getdikcə yüksəlirdi, çünki Ordular Rəbbi onunla idi. Davudun igid döyüşçülərinin başçıları bütün İsraillilərlə birgə Rəbbin sözünə görə Davudu İsrail üzərində padşah etmək üçün onun padşahlığında şücaət göstərirdilər. Davudun igid döyüşçülərinin siyahısı belədir: «otuz igid»in başçısı olan Xakmoni oğlu Yaşoveam. O, bir hücumda üç yüz nəfəri nizəsi ilə vurub öldürdü. Ondan sonra «üç igid»dən biri olan Axoahlı Dodo oğlu Eleazar idi. Filiştlilər döyüşmək üçün Pas-Dammimdə toplaşanda o da Davudla birgə orada idi. Orada arpa əkilən bir tarla sahəsi var idi. Xalq Filiştlilərin önündən qaçdı. Lakin Eleazar və döyüşçüləri bu sahənin ortasında durub oranı qorudular və Filiştliləri qırdılar. Rəbb İsrailliləri xilas edib böyük zəfər qazandırdı. Otuz başçı arasından «üç igid» qayaya, Davudun yanına, Adullam mağarasına enib gəldi. Filiştlilərin ordusu Refaim vadisində ordugah qurmuşdu. Bu zaman Davud qalada idi, Filiştlilərin bir keşikçi dəstəsi isə Bet-Lexemdə idi. Davud həsrət çəkərək dedi: «Kaş ki biri Bet-Lexem darvazasının yanındakı quyudan mənə içmək üçün su gətirəydi!» Bu üç nəfər Filiştlilərin ordugahını yararaq darvazanın yanında olan Bet-Lexem quyusundan su çəkdilər və onu götürüb Davuda gətirdilər. Lakin Davud suyu içmək istəmədi və Rəbbə təqdim olaraq yerə tökdü. O dedi: «Allahım bunu etməkdən məni uzaq eləsin. Bu adamların qanını içəcəyəmmi? Axı canlarını təhlükəyə salaraq bu suyu gətirdilər». Buna görə də bu suyu içmək istəmədi. Bunları «üç igid» etmişdi. Yoavın qardaşı Avişay bu «üç igid»in başçısı idi. O, nizəsini qaldırıb üç yüz nəfəri qırdı. Buna görə də onun adı «üç igid»in adı qədər şöhrətləndi. əslində «üç igid»dən ikiqat artıq şöhrəti var idi və onlara başçı oldu, lakin «üç igid» kimi deyildi. Yehoyada oğlu Benaya da böyük işlər görmüş igid adam idi. O, Qavseeldən gəlmişdi. Benaya iki Moavlı igidi öldürdü. O, qarlı gündə çuxura enib bir şir öldürdü. O həm də boyu beş qulac olan bir Misirlini öldürdü. Misirlinin əlində toxucu dəzgahının əriş ağacı boyda nizə var idi. Benaya onun üstünə dəyənəklə getdi, nizəni Misirlinin əlindən çəkib aldı və onu öz nizəsi ilə öldürdü. Bunları Yehoyada oğlu Benaya etdi, buna görə də onun «üç igid» qədər şöhrəti var idi. O, «otuz igid»dən daha şöhrətli idi, lakin «üç igid» kimi deyildi. Davud onu öz keşikçilərinə başçı qoydu. Ordunun igid döyüşçüləri bunlardır: Yoavın qardaşı Asahel, Bet-Lexemli Dodo oğlu Elxanan, Harorlu Şammot, Pelonlu Xeles, Teqoalı İqqeş oğlu İra, Anatotlu Aviezer, Xuşalı Sibbekay, Axoahlı İlay, Netofalı Mahray, Netofalı Baana oğlu Xeled, Binyamin övladlarından Givealı Rivay oğlu Yetay, Piratonlu Benaya, Qaaş vadisindən olan Xuray, Aravalı Aviel, Baxarumlu Azmavet, Şaalvonlu Elyaxba, Gizonlu Haşemin oğulları, Hararlı Şage oğlu Yonatan, Hararlı Sakar oğlu Axiam, Ur oğlu Elifal, Mekeralı Xefer, Pelonlu Axiya, Karmelli Xesro, Ezbay oğlu Naaray, Natanın qardaşı Yoel, Haqri oğlu Mivxar, Ammonlu Seleq, Seruya oğlu Yoavın silahdarı olan Beerotlu Naxray, Yeterli İra, Yeterli Qarev, Xetli Uriya, Axlay oğlu Zavad, Ruvenlilərin başçısı Ruvenli Şiza oğlu Adina və onunla birgə otuz nəfər, Maaka oğlu Xanan və Metenli Yehoşafat, Aşteratlı Uzziya, Aroerli Xotamın oğulları Şama və Yeiel, Şimri oğlu Yediael və qardaşı Tisli Yoxa, Maxavlı Eliel və Elnaamın oğulları Yerivay, Yoşavya və Moavlı Yetma, Eliel, Oved və Mesovalı Yaasiel.
1 Salnamələr 2 [Azerbaycan]
1 Salnamələr 2 [Azerbaycan] İsrailin oğulları bunlardır: Ruven, Şimeon, Levi, Yəhuda, İssakar, Zevulun, Dan, Yusif, Binyamin, Naftali, Qad və Aşer. Yəhudanın oğulları: Er, Onan və Şela. Onun bu üç oğlu Kən’anlı Bat-Şuadan doğuldu. Yəhudanın ilk oğlu Er Rəbbin gözündə pis adam idi və Rəbb onu öldürdü. Yəhudanın gəlini Tamar ona Peresi və Zerahı doğdu. Yəhudanın cəmisi beş oğlu var idi. Peresin oğulları: Xesron və Xamul. Zerahın oğulları: Zimri, Etan, Heman, Kalkol və Dara. Bunlar cəmisi beş nəfər idi. Karminin oğlu həsr olunmuş şeydə xainlik edib İsraili bəlaya salan Akan idi. Etanın oğlu Azarya idi. Xesronun oğulları: Yeraxmeel, Ram və Kalev. Ramdan Amminadav törədi və Amminadavdan Yəhudalıların rəhbəri Naxşon törədi. Naxşondan Salmon törədi və Salmondan Boaz törədi. Boazdan Oved törədi və Oveddən Yessey törədi. Yesseyin oğulları bunlar idi: ilk oğlu Eliav, ikincisi Avinadav, üçüncüsü Şimea, dördüncüsü Netanel, beşincisi Radday, altıncısı Osem, yeddincisi Davud. Onların bacıları Seruya və Aviqail idi. Seruyanın üç oğlu var idi: Avişay, Yoav və Asahel. Aviqail Amasanı doğdu. Amasanın atası İsmailli Yeter idi. Xesron oğlu Kalevin arvadı Azuva və Yeriot ona övladlar doğdu. Kalevin Azuvadan olan oğulları bunlardır: Yeşer, Şovav və Ardon. Azuva öldü. Kalev Efratı arvad aldı və o da Kalevə Xuru doğdu. Xurdan Uri törədi. Uridən Besalel törədi. Bundan sonra Xesron altmış yaşında ikən Gileadın atası olan Makirin qızını aldı və onunla yaxınlıq etdi; o, Xesrona Sequvu doğdu. Sequv Yairin atası idi. Yairin Gilead torpağında iyirmi üç şəhəri var idi. Amma Geşurlular və Aramlılar onlardan Xavvot-Yairi aldılar, bundan başqa, Qenatı və onun qəsəbələrini də – cəmisi altmış şəhəri aldılar. Bunların hamısı Gileadın atası olan Makirin nəsilləri idi. Xesron Kalev-Efratada öldükdən sonra Xesronun arvadı Aviya ona Teqoanın atası Aşxuru doğdu. Xesronun ilk oğlu Yeraxmeelin oğulları: ilk oğlu Ram, Buna, Oren, Osem və Axiya. Yeraxmeelin başqa bir arvadı var idi, onun adı Atara idi. Onamın anası o idi. Yeraxmeelin ilk oğlu Ramın oğulları: Maas, Yamin və Eqer. Onamın oğulları: Şammay və Yada. Şammayın oğulları: Nadav və Avişur. Avişurun arvadının adı Avihayil idi. O, Avişura Axbanı və Molidi doğdu. Nadavın oğulları: Seled və Appayim. Seled oğulsuz öldü. Appayimin oğlu İşi idi. İşinin oğlu Şeşan idi. Şeşanın oğlu Axlay idi. Şammayın qardaşı Yadanın oğulları: Yeter və Yonatan. Yeter oğulsuz öldü. Yonatanın oğulları: Pelet və Zaza. Bunlar Yeraxmeelin nəsilləri idi. Şeşanın oğulları yox idi, yalnız qızları var idi. Şeşanın bir Misirli qulu var idi, onun adı Yarxa idi. Şeşan qulu Yarxaya qızını arvad olmaq üçün verdi. Arvadı ona Attayı doğdu. Attaydan Natan törədi. Natandan Zavad törədi. Zavaddan Eflal törədi. Eflaldan Oved törədi. Oveddən Yehu törədi. Yehudan Azarya törədi. Azaryadan Xeles törədi. Xelesdən Eleasa törədi. Eleasadan Sismay törədi. Sismaydan Şallum törədi. Şallumdan Yeqamya törədi. Yeqamyadan Elişama törədi. Yeraxmeelin qardaşı Kalevin oğulları: Zifin atası ilk oğlu Meşa, Xevronun atası Mareşa. Xevronun oğulları: Qorah, Tappuah, Reqem və Şema. Şemadan Yorqoamın atası olan Raxam törədi. Reqemdən Şammay törədi. Şammayın oğlu Maon idi. Maon Bet-Suru tikdi. Kalevin cariyəsi Efa Xaranı, Mosanı və Qazezi doğdu. Xaran Qazezin atası idi. Yahdayın oğulları: Regem, Yotam, Geşan, Pelet, Efa və Şaaf. Kalevin cariyəsi Maaka Şeveri və Tirxananı doğdu. O həm də Madmannanın atası Şaafı, Makbenanın və Giveanın atası Şevanı doğdu. Kalevin qızı Aksa idi. Bunlar Kalevin nəsilləri idi. Efratanın ilk oğlu Xurun oğulları bunlardır: Qiryat-Yearimin atası Şoval, Bet-Lexemin atası Salma, Bet-Qaderin atası Xaref. Qiryat-Yearimin atası Şovalın nəsilləri bunlardır: Haroelilər, Manaxatlıların yarısı. Qiryat-Yearimin sakinləri: Yeterlilər, Putlular, Şumalılar, Mişralılar. Bunların arasından Soralılar və Eştaollular çıxdılar. Salmanın nəsilləri: Bet-Lexemlilər, Netofalılar, Atrot-Bet-Yoavlılar, Manaxatlıların yarısı və Soralılar. Yabesdə yaşayan mirzələrin nəsilləri: Tirealılar, Şimealılar, Sukalılar. Bunlar Bet-Rekavın atası Xammatın nəslindən olan Qenlilərdir.
2 Padşahlar 23 [Azerbaycan]
2 Padşahlar 23 [Azerbaycan] Padşah Yəhuda və Yerusəlimin bütün ağsaqqallarını çağırtdırıb öz yanına topladı. Padşah, onunla birgə bütün Yəhuda adamları, Yerusəlimdə yaşayanların hamısı, kahinlər, peyğəmbərlər və böyükdən kiçiyə qədər bütün xalq Rəbbin mə’bədinə qalxdı. O, Rəbbin mə’bədində tapılmış əhd kitabının bütün sözlərini onlara eşitdirərək oxudu. Padşah sütunun yanında dayandı. O, Rəbbin önündə əhd bağladı ki, Rəbbin yolu ilə gedib Onun əmrlərinə, fərmanlarına, qaydalarına bütün qəlbi, bütün varlığı ilə əməl etsin və bu kitabda yazılmış əhdin sözlərini yerinə yetirsin. Bütün xalq da onunla birgə əhd bağladı. Padşah baş kahin Xilqiyaya, kahinlərə və qapıda duran keşikçilərə əmr etdi ki, Baal, Aşera və bütün səma cisimləri üçün düzəldilmiş şeylərin hamısını Rəbbin mə’bədindən çıxarsınlar. Onları Yerusəlimin kənarında olan Qidron vadisindəki tarlalarda yandırdı və küllərini Bet-Elə apardı. O, Yəhuda şəhərlərində və Yerusəlimin ətrafında olan səcdəgahlarda buxur yandırmaq üçün Yəhuda padşahlarının qoyduqları kahinləri və Baala, günəşə, aya, bürclərə, bütün səma cisimlərinə buxur yandıranları işdən kənar etdi. Aşera bütünü Rəbbin mə’bədindən Yerusəlimin kənarına, Qidron vadisinə çıxartdı. Onu Qidron vadisində yandırdı, əzib toz etdi və tozunu adi adamların qəbirləri üstünə səpələyib murdarladı. Rəbbin mə’bədində mə’bəd fahişəliyi ilə məşğul olan kişilərin evlərini dağıtdı. Qadınlar orada Aşera üçün çadırlar toxuyurdular. Yoşiya Yəhuda şəhərlərindən bütün kahinləri gətirtdi, Gevadan Beer-Şevaya qədər bu kahinlərin buxur yandırdıqları səcdəgahları murdar etdi. Şəhər rəisi Yeşuanın darvazasının girəcək yerində, sol tərəfdə olan şəhər darvazasındakı səcdəgahları dağıtdı. Lakin səcdəgahların kahinləri Yerusəlimdə Rəbbin qurbangahına qalxmırdılar, amma qardaşları ilə birlikdə mayasız çörək yeyirdilər. Yoşiya Ben-Hinnom dərəsində olan Tofeti murdar etdi ki, heç kəs oğlunu ya qızını Molek üçün oda qurban verməsin. O, Rəbbin mə’bədinə, saray xidmətçisi Natan-Melekin həyətdə olan otağına Yəhuda padşahlarının günəşə həsr etdikləri atların gətirilməsinə son qoydu və günəş arabalarını odda yandırdı. Axazın yuxarı otağının damında Yəhuda padşahlarının düzəltdiyi qurbangahları və Rəbbin mə’bədinin iki həyətində Menaşşenin düzəltdiyi qurbangahları da padşah dağıtdı. Onları orada qırıb əzdi və tozlarını Qidron vadisinə səpələdi. Yerusəlimin şərq tərəfində, Həlak dağının cənub tərəfində Sidonluların iyrənc bütü Aştoret, Moavlıların iyrənc bütü Kemoş və Ammonluların iyrənc bütü Milkom üçün İsrail padşahı Süleymanın düzəltdiyi səcdəgahları padşah murdar etdi. O, sütunları parça-parça etdi, Aşera bütlərini kəsdi və onların yerlərini insan sümükləri ilə doldurdu. Həmçinin Bet-Eldə olan qurbangahı və İsrailə günah etdirmiş Nevat oğlu Yarovamın düzəltdiyi səcdəgahı dağıtdı. O, səcdəgahı yandırdı və əzib toz etdi, Aşera bütünü də yandırdı. Yoşiya dönüb qarşısındakı dağda olan qəbirləri gördü və sümükləri qəbirlərdən götürtdü. Bu işləri qabaqcadan söyləyən Allah adamının dediyi Rəbbin sözünə görə onları qurbangah üzərində yandırıb onu murdar etdi. Yoşiya dedi: «Orada gördüyüm abidə nədir?» Şəhərin adamları ona dedilər: «Yəhudadan gələn Allah adamının qəbridir. O, Bet-El qurbangahına qarşı sənin etdiyin bu işləri qabaqcadan söyləmişdi». O dedi: «Ona toxunmayın, heç kəs onun sümüklərini narahat etməsin». Onun və Samariyadan gələn peyğəmbərin sümüklərinə toxunmadılar. Yoşiya Samariya şəhərlərində olan bütün səcdəgahlardakı mə’bədləri aradan qaldırdı. İsrail padşahları bu mə’bədləri tikib Rəbbi qəzəbləndirmişdilər. O, Bet-Eldə etdiyi bütün işləri bu yerlərdə də etdi. Yoşiya qurbangahların üstündə həmin səcdəgahlardakı bütün kahinləri qurban gətirdi və insan sümükləri yandırdı. Sonra Yerusəlimə qayıtdı. Padşah bütün xalqa əmr edib dedi: «Bu əhd kitabında yazıldığına görə Allahınız Rəbb üçün Pasxa bayramını keçirin». İsrailə hökm edən hakimlərin dövründən bəri, İsrail və Yəhuda padşahlarının bütün dövrü boyu Pasxa bayramı belə keçirilməmişdi. Ancaq Yoşiyanın padşahlığının on səkkizinci ilində bu Pasxa Rəbb üçün Yerusəlimdə keçirildi. Bundan başqa, Yoşiya Rəbbin mə’bədində kahin Xilqiyanın tapdığı kitabda yazılan qanunun sözlərinə əməl edərək cindarları və ruhçağıranları, ev bütlərini və başqa bütləri – Yəhuda ölkəsində və Yerusəlimdə gözünə dəyən bütün mənfur şeyləri məhv etdi. Musanın bütün qanununa görə bütün qəlbi, bütün varlığı, bütün gücü ilə onun kimi Rəbbə üz tutan bir padşah nə ondan əvvəl, nə də ondan sonra oldu. Ancaq Menaşşenin Rəbbi qəzəbləndirmək üçün etdiyi bütün əməllərindən ötrü Rəbb Yəhudalılara qarşı alovlanan böyük qəzəbindən dönmədi. Rəbb dedi: «İsrailliləri gözümün önündən rədd etdiyim kimi Yəhudalıları da rədd edəcəyəm, seçdiyim şəhər Yerusəlimdən və “adım orada olacaq” dediyim mə’bəddən üz döndərəcəyəm». Yoşiyanın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. Onun dövründə Misir padşahı fir’on Neko Fərat çayına tərəf Aşşur padşahının üstünə hücum etmək istədi. Padşah Yoşiya onunla qarşılaşmağa çıxdı. Fir’on Neko Yoşiya ilə Megiddoda qarşılaşıb onu öldürdü. Adamları onun cəsədini Megiddodan götürüb araba ilə Yerusəlimə gətirdilər və öz qəbrində basdırdılar. Ölkə xalqı Yoşiyanın oğlu Yehoaxazı götürüb məsh etdi və onu atasının yerinə padşah etdi. Yehoaxaz padşah olduğu vaxt iyirmi üç yaşında idi və Yerusəlimdə üç ay padşahlıq etdi. Anası Livnalı Yeremyanın qızı olub adı Xamutal idi. O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi. Fir’on Neko Xamat torpağındakı Rivlada onu əsir aldı ki, Yerusəlimdə padşahlıq edə bilməsin. O, ölkə üzərinə bir talant qızıl və yüz talant gümüş miqdarında xərac qoydu. Fir’on Neko Yoşiyanın oğlu Elyaqimi atası Yoşiyanın yerinə padşah etdi və onun adını dəyişdirib Yehoyaqim qoydu. Yehoaxazı isə götürüb apardı. Yehoaxaz Misirə gəlib orada öldü. Yehoyaqim fir’ona qızıl-gümüş verdi və fir’onun istədiyi qədər gümüş vermək üçün ölkə üzərinə vergi qoydu. O, fir’on Nekoya vermək üçün ölkə xalqından hər kəsə tə’yin olunmuş məbləğə görə qızıl-gümüş alırdı. Yehoyaqim padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. Anası Rumalı Pedayanın qızı olub adı Zevida idi. O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.
2 Salnamələr 4 [Azerbaycan]
2 Salnamələr 4 [Azerbaycan] Süleyman tuncdan bir qurbangah tikdi. Onun uzunluğu və eni iyirmi qulac, hündürlüyü isə on qulac idi. O, tökülmüş dairəvi bir hovuz düzəltdi. Onun hündürlüyü beş qulac idi, bir kənarından digər kənarına qədər on qulac idi və otuz qulaclıq bir ip onun ətrafına dolanmışdı. Altının hər tərəfindən onu buğa təsvirləri əhatə edirdi. Hər qulacda on buğa vardı. Buğalar iki cərgə idi və onlar hovuzla birgə tökülmüşdü. Hovuz on iki tökmə buğanın üstündə dururdu: üçü şimala, üçü qərbə, üçü cənuba, üçü də şərqə baxırdı. Hovuz yuxarıda – onların üzərində idi və buğaların bütün sağrıları içəriyə doğru idi. Hovuzun qalınlığı bir ovuc idi. Onun kənarı kasa kənarı kimi düzəldilmişdi və açılan zanbağa bənzəyirdi. O, üç min bat su tuturdu. Süleyman on ləyən düzəltdi, onlarda yuyunmaq üçün beşini sağa, beşini sola qoydu. Yandırma qurbanı olacaq şeyləri onların içində yuyardılar. Ancaq hovuz kahinlərin yuyunması üçün idi. O, təsvirinə görə on qızıl çıraqdan düzəltdi, beşi sağda və beşi solda olmaqla onları mə’bədə qoydu. On masa düzəltdi, beşi sağda və beşi solda olmaqla onları mə’bədə qoydu. Qızıldan yüz piyalə də düzəltdi. Kahinlər həyətini, böyük həyəti, həyətin qapılarını düzəltdi və onların qapılarını tuncla örtdü. Hovuzu mə’bədin sağında, cənub-şərq küncündə yerləşdirdi. Xiram həmçinin qazanlar, kürəklər, piyalələr düzəltdi. Xiram Allahın mə’bədi üçün padşah Süleymanın əmri ilə bütün bu işləri görüb qurtardı: iki sütun; sütunların üstündə iki dəyirmi başlıq; sütunların üstündəki başlıqları örtmək üçün iki hörmə tor; sütunların üstündə olan dəyirmi başlıqları örtən hər hörmə torun üzərində iki cərgədə dörd yüz nar; dayaqlar; dayaqların üzərində on ləyən; bir hovuz; onun altında on iki tökmə buğa; qazanlar, kürəklər və piyalələr. Bütün bu əşyaları Xiram-Avi Rəbbin mə’bədi üçün padşah Süleymanın əmri ilə cilalanmış tuncdan tökmüşdü. Padşah bunları İordan çayının kənarındakı düzənlikdə, Sukkot ilə Seredata arasındakı gil torpaqlarda tökmüşdü. Süleyman bu əşyaların hamısından lap çox düzəltdi və onlara işlədilən tuncun çəkisini müəyyən etmədi. Süleyman Allahın mə’bədindəki bütün əşyaları düzəltdi: qızıl qurbangah; təqdis çörəkləri qoyulan masalar; qaydaya görə iç otağın önündə yandırmaq üçün xalis qızıldan çıraqdanlar və onların çıraqları; xalis qızıldan güllər, çıraqlar və maşalar; xalis qızıldan maqqaşlar, piyalələr, nimçələr və buxurdanlar; mə’bədin qızıl qapıları, yə’ni ən Müqəddəs yerə açılan içəri qapı tayları və mə’bədin böyük otağının qapı tayları.
Ezra 1 [Azerbaycan]
Ezra 1 [Azerbaycan] Rəbb Fars padşahı Kirin hökmranlığının birinci ilində Yeremyanın dili ilə dediyi sözü yerinə yetirmək üçün Kiri ruhlandırdı. Ona görə Kir padşahlığının bütün ərazisində yazılı və şifahi e’lan etdi: «Budur, Fars padşahı Kir belə deyir: “Göylərin Allahı Rəbb dünyanın bütün padşahlıqlarını mənə verdi və Yəhudanın Yerusəlim şəhərində Öz mə’bədini tikməyi mənə əmr etdi. Aranızda Onun xalqına mənsub olanların hamısına qoy Allahı yar olsun! Qoy onlar Yəhudanın Yerusəlim şəhərinə qalxsın və İsrailin Allahı Rəbbin mə’bədini tiksinlər. Yerusəlimdə səcdə qılınan Allah Odur. Sağ qalan İsraillilər hansı əhali arasında yaşayırsa, qoy onlar Yerusəlimdəki Allah mə’bədinə verəcəkləri könüllü ianələrdən başqa, qızıl-gümüş, əşya və heyvanlar verməklə bu adamlara kömək etsinlər”». Yəhuda, Binyamin qəbilələrinin nəsil başçıları, kahinlərlə Levililər, eləcə də Allahın ruhlandırdığı bütün adamlar Rəbbin Yerusəlimdəki mə’bədini tikmək üçün yola düşməyə hazırlaşdılar. Aralarında yaşadıqları yerli əhalinin hamısı verdikləri könüllü ianələrdən başqa, qızılla, gümüş qablarla, əşyalarla, heyvanlarla və qiymətli şeylərlə onlara kömək etdilər. Padşah Kir Navuxodonosorun Rəbbin Yerusəlimdəki mə’bədindən götürüb öz allahlarının mə’bədinə qoyduğu əşyaları çıxartdı. Fars padşahı Kir onları xəzinədar Mitredatın əli ilə oradan çıxardaraq hamısını sayıb Yəhuda rəhbəri Şeşbassara verdi. Onların sayı bu qədər idi: otuz qızıl ləyən, min gümüş ləyən, iyirmi doqquz bıçaq, otuz qızıl boşqab, bir-birinə oxşayan dörd yüz on gümüş boşqab və min ədəd də başqa qablar. Qızıl və gümüş əşyaların hamısı beş min dörd yüz ədəd idi. Sürgündə yaşayanlar Babildən Yerusəlimə qaytarılanda Şeşbassar bu əşyaların hamısını onlarla bərabər gətirdi.
Ezra 6 [Azerbaycan]
Ezra 6 [Azerbaycan] O zaman padşah Daranın verdiyi əmrə əsasən Babil xəzinəsində olan dəftərxana axtarıldı. Midiya vilayətində olan Ekbatana qalasında bir tumar tapıldı. Bu tumarda belə qeyd edilmişdi: «Padşah Kirin hökmdarlığının birinci ilində Allahın Yerusəlimdəki mə’bədi barədə Kir belə əmr verib: “Bu mə’bəd – qurbanlar təqdim edilən bu yer əvvəlki bünövrəsi üzərində bərpa edilsin. Üç cərgə böyük daş, bir cərgə təzə dirək qoyulmaqla altmış qulac hündürlükdə və altmış qulac uzunluqda olsun. Bu işin bütün xərci padşah xəzinəsindən ödənilsin. Həm də Allahın Yerusəlimdəki mə’bədindən Navuxodonosorun çıxarıb Babilə gətirdiyi qızıl və gümüş qablar geri qaytarılsın. Bunların hamısı öz yerinə, Yerusəlimdə olan mə’bədə aparılsın. Onları Allahın mə’bədinə qoyun”. Ona görə Fərat çayının qərb torpaqlarının valisi Tattenay, Şetar-Boznay və yoldaşları – Fərat çayının qərb torpaqlarındakı mə’murlar qoy indi oradan uzaqlaşsın, Allah mə’bədinin işinə qarışmasınlar. Yəhudilərin valisi və Yəhudilərin ağsaqqalları Allahın mə’bədini öz yerində bərpa etsinlər. Mən əmr edirəm ki, Allahın bu mə’bədinin bərpasında Yəhudilərin bu ağsaqqallarına kömək edəsiniz, işlərinin dayandırılmaması üçün bu adamların xərci mütləq padşah xəzinəsindən, Fərat çayının qərb torpaqlarından yığılan vergilərdən ödənilsin. Göylərin Allahına yandırma qurbanları vermək üçün hər gün ehtiyaclarına görə cavan buğalar, qoç və quzular, Yerusəlimdəki kahinlərin istədiyi miqdarda buğda, duz, şərab, zeytun yağı əskik edilmədən onlara verilsin. Onlar göylərin Allahına xoş ətirli qurbanlar versinlər və buna görə padşahla övladları üçün dua etsinlər ki, canları sağ olsun. əmr edirəm ki, bu fərmanı dəyişdirən adamın evindən bir dirək çıxarıb dik basdırılsın və həmin adam bu dirəkdən asılsın. Qoy belə ev xarabalığa çevrilsin. Bu mə’bədi isminə məskən edən Allah bu fərmanı dəyişdirməyə cəhd edən və Yerusəlimdəki mə’bədin dağılmasını istəyən hər padşahı və xalqı yox etsin. Mən Dara əmr edirəm, əmrim sözsüz yerinə yetirilsin». O zaman Fərat çayının qərb torpaqlarının valisi Tattenay, Şetar-Boznay və yoldaşları padşah Daranın göndərdiyi bu əmri alan kimi ona əməl etdilər. Yəhudilərin ağsaqqalları tikintini davam etdirdilər və peyğəmbər Haqqay ilə İddo oğlu Zəkəriyyənin peyğəmbərlik sözlərinə əsasən onların işləri uğurlu gedirdi. İsrail Allahının buyruğuna görə Fars padşahları Kir, Dara və Artaxşastanın əmri ilə mə’bədi tikib qurtardılar. Mə’bəd padşah Daranın hakimiyyətinin altıncı ili, Adar ayının üçündə başa çatdı. İsrail övladları – kahinlər, Levililər və sürgündən qayıdanların hamısı bu Allah mə’bədinin təqdis mərasimini sevinclə qeyd etdilər. Allahın mə’bədinin təqdisi üçün yüz buğa, iki yüz qoç, dörd yüz quzu və bütün İsrail üçün qəbilələrinin sayına görə günah qurbanı olaraq on iki təkə təqdim etdilər. Yerusəlimdə Allaha xidmət üçün Musanın Kitabında yazıldığı kimi kahinləri öz dəstələrində və Levililəri öz bölmələrində düzdülər. Sürgündən qayıdanlar Pasxa bayramını birinci ayın on dördündə keçirdilər. Çünki kahinlərlə Levililər bir nəfər kimi özlərini pak etdikləri üçün təmiz idilər. Levililər bütün sürgündən qayıdanlar üçün, kahin qardaşları və özləri üçün Pasxa qurbanı kəsdilər. Sürgündən qayıdan İsrail övladları və İsrailin Allahı Rəbbə sitayiş etmək üçün özlərini ətraf millətlərin murdarlığından təcrid edənlərin hamısı qurban əti yedilər. Yeddi gün sevinclə Mayasız Çörək bayramı keçirdilər, çünki onları sevindirən Rəbb idi. Rəbb İsrail Allahının mə’bədinin bərpasına kömək etmək üçün Aşşur padşahının ürəyində meyl yaratmışdı.
Ibranilərə məktubu 12 [Azerbaycan]
Ibranilərə məktubu 12 [Azerbaycan] BUNA görə, biz də ətrafımızda böyük şahidlər buluduna malik olduğ;umuz üçün, bizi asanlıqla çaşdıran günahı tərk edib, qarşımıza qoyulan yarışda mətanətlə qaçaq. İmanımızın Banisi və Kamilləşdiricisi olan İsaya baxaq. O, qarşısına qoyulan sevinc uğ;runda, rüsvayçılığ;a e\'tinasızlıq göstərib, çarmıxa təhəmmül etdi və Allahın taxtının sağ;ında oturdu. Günahkarlar tərəfindən Ona qarşı olan bu qədər müxalifətə tab gətirən Şəxsi fikirləşin ki, canınız yorulub, taqətdən düşməyəsiniz. Günaha qarşı mübarizənizdə, qanınızı töküncəyə kimi müqavimət göstərmədiniz; Və oğ;ullara söylənən kimi, sizə də verilən bu nəsihəti unutdunuz: «Oğ;lum, Rəbbin tərbiyəsinə xor baxma. O səni məzəmmət edəndə ruhdan düşmə. Çünki Rəbb sevdiyini tərbiyə edər Və qəbul etdiyi hər oğ;ulu döyər.» Əgər tərbiyəyə təhəmmül etsəniz, Allah sizinlə, oğ;ulları kimi rəftar edər. Çünki elə bir oğ;ul varmı ki, atası onu tərbiyələndirməsin? Əgər hamı üçün ümumi olan tərbiyədən məhrum olsanız, deməli siz, oğ;ullar deyil, qanunsuz övladlarsınız. Üstəlik, əgər bizə tərbiyə verən cismani atalara malik olub, onlara hörmət edirdiksə, ruhani Ataya daha çox tabe olaraq yaşamalı deyilikmi? Çünki onlar bizi öz düşündükləri kimi bir neçə gün üçün tərbiyələndirdilər. O isə bizim xeyrimiz üçün bizi tərbiyələndirir ki, Onun müqəddəsliyinə şərik olaq. Hər tərbiyə isə, indiki zamanda sevinc deyil, kədər verən bir şey kimi görünür, amma sonradan, bu yolda yetişdirilənlərə salehliyin dinclik səmərəsini hasil edir. Buna görə, sallanmış əllərinizi qaldırın və zəifləmiş dizlərinizi möhkəmlədin, Öz ayaqlarınız üçün düz cığ;ırlar salın ki, axsaq üzvünüz yerindən çıxmasın, əksinə şəfa tapsın. Hamı ilə bərabər sülh içində yaşamaq və müqəddəs olmaq üçün sə\'y göstərin, çünki müqəddəsliyə malik olmadan Rəbbi heç kim görməyəcəkdir. Diqqət edin ki, kimsə Allahın lütfündən məhrum olmasın, aranızda bir acı kök böyüyüb, əziyyət verməsin və bir çoxlarını murdar etməsin. Heç kimsə əxlaqsız və yaxud Esav kimi Allahdan uzaq düşən adam olmasın. Çünki Esav ilk doğ;ulmuş olmağ;ın haqqını bir qab xörəyə satdı. Bilirsiniz ki, bundan sonra da o, xeyir-duanı miras almaq arzusunda oldu, lakin rədd olundu. Çünki xeyir-duanı göz yaşları ilə axtardısa da, atasının fikrini dəyişməyə müvəffəq olmadı. Ona görə ki, siz toxunmaqla hiss olunan və odla yanan dağ;a, qaranlığ;a, zülmətə, qasırğ;aya, Şeypur gurlamasına və ilahi sözlərin səsinə yaxınlaşmadınız; o səsi eşidənlər yalvardılar ki, onlara daha bir kəlam söylənməsin. Çünki: «Əgər dağ;a bir heyvan belə toxunsa, o, daşa basılacaq /və yaxud oxla vurulacaqdır/» əmrinə təhəmmül edə bilməzdilər. Və bu mənzərə elə dəhşətli idi ki, Musa: «Mən böyük qorxu və lərzə içindəyəm», - dedi. Siz isə Sion dağ;ına və yaşayan Allahın şəhəri olan səmavi Yerusəlimə, saysız-hesabsız mələklərə, Və səmalarda adları qeyd edilmiş ilk doğ;ulanların ümumi məclisinə və cəmiyyətinə, hamının Hakimi olan Allaha, kamala çatmış salehlərin ruhlarına, Əhdi-Cədidin Vəsatətçisi olan İsaya və Habilin qanından daha yaxşı bir mə\'na ifadə edən qana yaxınlaşdınız. Diqqətli olun ki, bunları söyləyən Allahı rədd etməyəsiniz. Çünki əgər yer üzünə Allahın xəbərini gətirəni rədd edənlər cəzadan qaça bilmədilərsə, biz göylərdən xəbər Gətirəndən üz döndərsək, cəzadan qaça bilməyəcəyimiz daha çox yəqindir. O zaman Onun səsi yeri sarsıtdı, indi isə O: «Mən bir daha yalnız yeri deyil, göyü də sarsıdacağ;am», - deyərək, və\'d etmişdir. \"Bir daha\" sözü göstərir ki, sarsıla bilən, yə\'ni yaradılmış şeylər aradan qaldırılacaqdır ki, sarsıla bilməyənlər daim var olsun. Buna görə, sarsılmaz Səltənətə nail olduğ;umuza görə, minnətdar olaq ki, bu yolla Allaha məqbul ehtiram və ixlaskarlıqla Ona xidmət edək. Çünki Allahımız məhv edən atəşdir.
Korinflilərə ikinci məktubu 3 [Azerbaycan]
Korinflilərə ikinci məktubu 3 [Azerbaycan] MƏGƏR özümüzü yenidən tövsiyə etməyəmi başlayırıq? Məgər bizə, bə\'zilərinə olduğ;u kimi sizdən, yaxud sizə tövsiyəedici məktublarmı lazımdır? Siz ürəklərimizdə yazılan, bütün insanlar tərəfindən tanınan və oxunan məktubumuzsunuz. Siz göstərirsiniz ki, bizim xidmətlərimiz sayəsində mürəkkəblə yox, yaşayan Allahın Ruhu ilə, daş lövhələrdə deyil, ürəyin cismani lövhələrində yazılmış Məsihin məktubusunuz. Biz Allaha qarşı bu cür əminliyə Məsih vasitəsilə nail olduq. Ona görə yox ki, bir şeyi öz müvəffəqiyyətimizmiş kimi düşünməyə özümüzdə qabiliyyət vardır; yox, bizim qabiliyyətimiz Allahdandır. O bizi, yazılı nizama deyil, Ruha əsaslanan Əhdi-Cədidin xidmətkarları olmağ;a qabil etdi. Çünki yazılı nizam öldürür, Ruh isə yaşadır. Lakin ölüm gətirən xidmət, yə\'ni hərfləri daş lövhələrdə həkk olunmuş Qanun o qədər ehtişamla meydana gəldi ki, Musanın üzündəki ehtişam fani olduğ;u halda, İsrail oğ;ulları onun üzünə baxa bilmirdilər. Belə isə, Ruha əsaslanan xidmət daha möhtəşəm olmazmı? Çünki əgər məhkumiyyət gətirən xidmət möhtəşəm isə, bəraət gətirən xidmət daha çox möhtəşəm olacaqdır. Ona görə ki, möhtəşəm olmuş şey, bu xüsusda, ona üstün gələn ehtişamdan ötrü heç ehtişama malik deyildir. Çünki əgər fani olan, ehtişamla gəldisə, baqi qalan, daha çox ehtişama malikdir. Buna görə belə bir ümidə nail olan bizlər, böyük cəsarətlə danışırıq. Biz Musa kimi deyilik; o, üzünə örtük çəkdi ki, İsrail oğ;ulları keçib gedən ehtişamın sonuna baxmasınlar. Lakin onların zehinləri kor olmuşdur. Çünki bu günə kimi əhdi-ətiq oxunanda eyni örtük qalır, açılmır; çünki o yalnız Məsih vasitəsilə götürülür. Bu gün belə Musanın yazıları oxunanda, onların ürəkləri üstünə bir örtük çəkilir; Lakin ürək Rəbbə dönəndə, bu örtük aradan qaldırılır. Rəbb Ruhdur; və Rəbbin Ruhu harada isə, azadlıq da oradadır. Biz hamımız isə, açıq üzlə Rəbbin calalını aynada imiş kimi seyr edərək, calaldan calala keçib, Onunla eyni surətdə dəyişdirilirik. Bu calal da Rəbbin Ruhundan gəlir.
Levililər 5 [Azerbaycan]
Levililər 5 [Azerbaycan] Günahın işləndiyini görərək yaxud bilərək şahidi olan adam and içdiriləndə bu haqda şəhadət etməsə, cəzasını çəkər. Bilmədən hər hansı murdar bir əşyaya, çöl, ev ya da qaynaşan heyvanın leşinə toxunan hər kəs murdar və təqsirkar sayılır. Bilmədən insan cismindən ifraz olunan onu murdarlayan şeyə toxunan adam onu dərk edəndə təqsirkar sayılır. Düşünmədən və bilmədən hər hansı bir ehtiyatsız andla pislik yaxud yaxşılıq etmək üçün and içən hər kəs bunu biləndə təqsirkar sayılır. Bu adam bunlardan birinə görə təqsirini biləndə qoy günahını e’tiraf etsin və o günaha görə Rəbbin qarşısında təqsirini yumaq üçün sürüdən dişi qoyun ya da dişi keçi götürüb günah qurbanı olaraq gətirsin. Bununla kahin o adam üçün günahını kəffarə etsin. Lakin əgər o adamın qoyun-keçi qurbanı kəsməyə gücü çatmırsa, günahına görə təqsirini yumaq üçün Rəbbə iki qumru quşu yaxud da iki göyərçin – biri günah qurbanı, digərini yandırma qurbanı olaraq gətirsin və kahinə versin. Kahin əvvəl günah qurbanı olan quşu təqdim etsin: başını bədəndən ayırmadan boynunu üzsün və günah qurbanının qanından qurbangahın bir tərəfinə çiləsin, qanın digər hissəsini isə qurbangahın altlığına töksün. Bu, günah qurbanıdır. İkinci quş da qayda-qanuna uyğun olaraq yandırma qurbanı kimi təqdim olunsun. Bununla kahin o adam üçün işlətdiyi günahı kəffarə etsin ki, o bağışlansın. əgər o adamın hətta iki qumru quşuna və yaxud iki göyərçinə gücü çatmırsa, qoy işlətdiyi günah üçün narın undan efanın onda birini günah qurbanı kimi təqdim etsin. Lakin qoy onun üstünə nə zeytun yağı, nə də kündür qoymasın, çünki bu günah qurbanıdır. Qoy bu adam onu kahinin yanına gətirsin. Kahin ondan xatirə təqdimi kimi bir ovuc götürüb Rəbbə təqdim edərək qurbangahda tüstülətsin. Bu, günah qurbanıdır. Bununla kahin o adam üçün işlətdiyi hər hansı bir günahı kəffarə etsin ki, o adam bağışlansın. Qalan hissə taxıl təqdimi kimi kahinə məxsus olsun”». Rəbb Musaya dedi: «Rəbbin müqəddəs şeylərinə e’tinasız yanaşıb səhvən günah edən hər kəs təqsir qurbanı olaraq sürüdən qüsursuz bir qoç gətirsin. Bu təqsir qurbanı Müqəddəs yerdəki şekelə münasib gümüş şekellə qiymətləndirilməlidir. Müqəddəs şeylərə vurduğu ziyanı da qoy o adam ödəsin və üstünə beşdə birini əlavə edərək kahinə versin; kahin onun üçün təqsir qurbanı olan qoçla kəffarə etsin ki, o bağışlansın. əgər bir nəfər Rəbbin bütün əmrlərinə zidd olan bir iş görüb günah işlədərsə və bunu bilmədən edərsə, təqsirkar sayılıb cəzasını çəkməlidir. Qoy o, kahinin yanına təqsir qurbanı olaraq sürüdən qüsursuz və dəyərli bir qoç gətirsin. Bununla kahin onu səhvən törətdiyi günahı kəffarə etsin ki, o bağışlansın. Bu, təqsir qurbanıdır. Həmin adam Rəbbin qarşısında təqsirkar olmuşdur».
Nehemya 7 [Azerbaycan]
Nehemya 7 [Azerbaycan] Divar tikilib qurtaranda və mən qapı taylarını vuranda mə’bəd qapıçıları, ilahiçilər və Levililər tə’yin olundu. Qardaşım Xananini və qala rəisi Xananyanı Yerusəlimə mə’mur tə’yin etdim. Çünki Xanani çoxlarından sadiq və Allahdan qorxan adam idi. Mən onlara dedim: «Gün qızana qədər Yerusəlimin darvazaları açılmasın. Adamlar oyaq olduğu müddət qapıları bağlayıb qıfıllayın. Yerusəlimdə yaşayanlardan da keşikçi tə’yin edin, qoy hamı öz evinin qabağında keşik çəksin». Şəhər geniş və böyük idi, lakin içində adam az idi. Evlər hələ tikilməmişdi. Allahım ürəyimə fikir göndərdi ki, ə’yanları, hökumət mə’murlarını və habelə xalqı yığıb siyahıya alım. Mən ilk qayıdanların nəsil şəcərələrinin siyahısını əldə edib, içində belə bir yazı tapdım: «Babil padşahı Navuxodonosorun əsir aldığı adamlar yaşadıqları vilayətdən Yerusəlimə və Yəhudadakı öz şəhərlərinə qayıtdı». Bunlar Zerubbabil, Yeşua, Nehemya, Azarya, Raamya, Naxamani, Mordokay, Bilşan, Misperet, Biqvay, Nexum və Baananın başçılığı ilə gəldi. Sürgündən qayıdan İsraillilərin sayı: Paroş övladları – 2172 nəfər; Şefatya övladları – 372 nəfər; Arah övladları – 652 nəfər; Yeşua və Yoav nəslindən Paxat-Moav övladları – 2818 nəfər; Elam övladları – 1254 nəfər; Zattu övladları – 845 nəfər; Zakkay övladları – 760 nəfər; Binnuy övladları – 648 nəfər; Bevay övladları – 628 nəfər; Azqad övladları – 2322 nəfər; Adoniqam övladları – 667 nəfər; Biqvay övladları – 2067 nəfər; Adin övladları – 655 nəfər; Ater, yə’ni Xizqiya övladları – 98 nəfər; Xaşum övladları – 328 nəfər; Besay övladları – 324 nəfər; Xarif övladları – 112 nəfər; Giveon övladları – 95 nəfər; Bet-Lexem və Netofa sakinləri – 188 nəfər; Anatot sakinləri – 128 nəfər; Bet-Azmavet sakinləri – 42 nəfər; Qiryat-Yearim, Kefira və Beerot sakinləri – 743 nəfər; Rama və Geva sakinləri – 621 nəfər; Mikmas sakinləri – 122 nəfər; Bet-El və Ay sakinləri – 123 nəfər; Digər Nevo sakinləri – 52 nəfər; Digər Elam övladları – 1254 nəfər; Xarim övladları – 320 nəfər; Yerixo övladları – 345 nəfər; Lod, Xadid və Ono övladları – 721 nəfər; Senaa övladları – 3930 nəfər. Kahinlər: Yeşua nəslindən Yedaya övladları – 973 nəfər; İmmer övladları – 1052 nəfər; Paşxur övladları – 1247 nəfər; Xarim övladları – 1017 nəfər. Levililər: Hodavya nəslindən Yeşua ilə Qadmiel övladları – 74 nəfər. İlahiçilər: Asəf övladları – 148 nəfər. Mə’bəd qapıçıları: Şallum övladları, Ater övladları, Talmon övladları, Aqquv övladları, Xatita övladları, Şovay övladları – 138 nəfər. Mə’bəd qulluqçuları: Sixa övladları, Xasufa övladları, Tabbaot övladları, Qeros övladları, Siya övladları, Padon övladları, Levana övladları, Xaqava övladları, Şalmay övladları, Xanan övladları, Giddel övladları, Qaxar övladları, Reaya övladları, Resin övladları, Neqoda övladları, Qazzam övladları, Uzza övladları, Paseah övladları, Besay övladları, Meunim övladları, Nefuşsim övladları, Baqbuq övladları, Xaqufa övladları, Xarxur övladları, Baslit övladları, Mexida övladları, Xarşa övladları, Barqos övladları, Sisra övladları, Tamax övladları, Nesiah övladları, Xatifa övladları. Süleymanın ə’yanlarının nəslindən: Sotay övladları, Soferet övladları, Perida övladları, Yaala övladları, Darqon övladları, Giddel övladları, Şefatya övladları, Xattil övladları, Pokeret-Hassevayim övladları, Amon övladları. Mə’bəd qulluqçuları ilə Süleymanın ə’yanlarının övladları – cəmi 392 nəfər. Tel-Melahdan, Tel-Xarşadan, Keruvdan, Addondan, İmmerdən qayıdan, ancaq ailələrinin və nəsillərinin İsrail övladlarından olduğunu sübut edə bilməyənlər bunlardır: Delaya övladları, Toviya övladları, Neqoda övladları – 642 nəfər. Kahinlərdən: Xovaya övladları, Haqqos övladları, Gileadlı Barzillayın qızlarından arvad alıb qayınatasının adını götürən Barzillay övladları. Bunlar nəsil şəcərəsini axtardılar, lakin öz adlarını tapa bilmədilər və buna görə murdar sayılaraq kahinlikdən çıxarıldılar. Yəhudi valisi onlara əmr edib belə dedi: «Urim və Tummimi işlədən bir kahin olmayınca onlar ən müqəddəs yeməklərdən yeməsin». 7337 nəfər kölə və kənizlərdən başqa, bütün camaat birlikdə 42 360 nəfər idi. Onların kişi və qadınlardan ibarət 245 ilahiçisi var idi. Bu adamların 736 atı və 245 qatırı, 435 dəvəsi, 6720 eşşəyi var idi. Nəsil başçılarının bə’ziləri işin görülməsi üçün könüllü ianələr verdilər. Vali xəzinəyə 1000 darik qızıl, 50 ləyən, 530 kahin cübbəsi verdi. Nəsil başçılarından bə’ziləri iş üçün xəzinəyə 20 000 darik qızıl və 2200 mina gümüş verdilər. Xalqın sağ qalanlarının verdikləri 20 000 darik qızıl, 2000 mina gümüş, 67 kahin cübbəsi idi. Kahinlərlə Levililər, qapıçılarla ilahiçilər, xalqın bə’zisi, mə’bəd qulluqçuları və bütün İsraillilər öz şəhərlərində yerləşdilər. Yeddinci ay çatanda artıq İsraillilər öz şəhərlərində idi.
Süleymanın Məsəlləri 7 [Azerbaycan]
Süleymanın Məsəlləri 7 [Azerbaycan] Oğlum, sözlərimə bağlı qal, əmrlərimi özündə saxla. əmrlərimə bağlı qalsan, yaşayacaqsan, Tə’limimi göz bəbəyin kimi qoru. Onları üzük kimi barmağına keçir, Ürəyinin lövhəsinə köçür. Hikmətə de: «Bacımsan», İdraka söylə: «Yaxın dostumsan». Onlar səni əxlaqsız qadından, Şirindilli yad arvaddan qoruyar. Evimin pəncərəsinin şəbəkəsindən Mən bayıra baxırdım. Bir dəstə cahil gənc arasında Qanmaz bir cavanı gördüm. Bu qadının evinin tininə yaxın küçədən keçirdi, Onun evi olan yolla gedirdi. Alaqaranlıqda, gün batanda, Gecə düşəndə, hava qaralanda. Fahişə libaslı, qəlbi fitnə dolu bu qadın Dərhal onu qarşıladı. O hay-küyçüdür, o bihəyadır, Öz evində oturmayandır. Gah küçəyə, gah meydanlara çıxar, Hər tin başı bir pusqu qurar. O, oğlanı tutub öpdü, Həyasızcasına belə dedi: «Ünsiyyət qurbanı kəsməyə borclu idim, əhdimə bu gün əməl etmişəm. Ona görə səni görmək üçün qarşına çıxdım, Səni çox axtardım, axır ki tapdım. Yatağıma Misir kətanından toxunan əlvan üz çəkmişəm. Yorğan-döşəyimə Mirra, əzvay, darçın səpmişəm. Gəl sübhə qədər doyunca sevişək, Eşqdən məst olaq. ərim evdə yoxdur, Uzaq bir səfərə gedib. Pul kisəsini götürüb, Evə ay bədirlənəndə qayıdacaq». Fəndlər işlədib onu tovladı, Şirin dilə tutub yoldan çıxartdı. Kəsilməyə aparılan bir öküz kimi, Kəməndə salınan bir maral kimi Bu oğlan o qadının ardınca düşdü. Axırda ciyərinə bir ox saplanacaq. Uçub tez tora düşən quş kimi Bu oğlan da canının alınacağını bilmirdi. İndi, ey övladlar, mənə qulaq asın, Dilimdən çıxan sözlərə laqeyd olmayın. Qoyma qəlbin o qadının yollarına meyl etsin, Onun yoluna dönmə. Çünki o qadın nə qədər insanı qurban edib, Nə qədər adamı öldürüb. Onun evinin yolu ölülər diyarına aparır, Ölüm mənzilinə gedib çatır.
Siyahıyaalınma 1 [Azerbaycan]
Siyahıyaalınma 1 [Azerbaycan] İsrail övladlarının Misirdən çıxmasının ikinci ilində, ikinci ayın birinci günü Sina səhrasında, Hüzur çadırında Rəbb Musaya belə dedi: «Bütün İsrail övladları icmasını, nəsilləri və ailələri ilə birlikdə siyahıya alın. Bütün kişiləri ayrı-ayrı sayıb adlarını yazın. İsraildə iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişini sən və Harun siyahıya alıb dəstələrə ayıracaqsınız. Sizinlə bərabər hər qəbilədən bir kişi olsun; bu adamlar ailə başçısı olmalıdır. Sizə kömək edəcək adamlar bunlardır: Ruven qəbiləsindən: Şedeur oğlu Elisur; Şimeondan: Surişadday oğlu Şelumiel; Yəhudadan: Amminadav oğlu Naxşon; İssakardan: Suar oğlu Netanel; Zevulundan: Xelon oğlu Eliav; Yusif övladlarından: Efrayimdən: Ammihud oğlu Elişama; Menaşşedən: Pedahsur oğlu Qamliel; Binyamindən: Gidoni oğlu Avidan; Dandan: Ammişadday oğlu Axiezer; Aşerdən: Okran oğlu Pagiel; Qaddan: Deuel oğlu Elyasaf; Naftalidən: Enan oğlu Axira». Bunlar icmadan tə’yin edilmiş adamlar, öz ata-babalarının qəbilə rəhbərləri və İsrailin tayfa başçıları idilər. Musa ilə Harun adları göstərilən bu adamları apardılar. İkinci ayın birinci günündə bütün icmanı topladılar; nəsillərinə və ailələrinə görə adlarının siyahısı ilə iyirmi və ondan yuxarı yaşda olanlar ayrı-ayrı yazıldılar. Rəbbin Musaya əmr etdiyi kimi onlar Sina səhrasında xalqı elə də siyahıya aldılar. İsrailin ilk oğlu Ruvenin övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına ayrı-ayrı qeyd edildi. Ruven qəbiləsindən sayılanlar 46 500 nəfər siyahıya alındı. Şimeon övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına ayrı-ayrı qeyd edildi. Şimeon qəbiləsindən 59 300 nəfər siyahıya alındı. Qad övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi. Qad qəbiləsindən 45 650 nəfər siyahıya alındı. Yəhuda övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi. Yəhuda qəbiləsindən 74 600 nəfər siyahıya alındı. İssakar övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi. İssakar qəbiləsindən 54 400 nəfər siyahıya alındı. Zevulun övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi. Zevulun qəbiləsindən 57 400 nəfər siyahıya alındı. Yusif nəslindən – Efrayim övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi. Efrayim qəbiləsindən 40 500 nəfər siyahıya alındı. Menaşşe övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi. Menaşşe qəbiləsindən 32 200 nəfər siyahıya alındı. Binyamin övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi. Binyamin qəbiləsindən 35 400 nəfər siyahıya alındı. Dan övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi. Dan qəbiləsindən 62 700 nəfər siyahıya alındı. Aşer övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi. Aşer qəbiləsindən 41 500 nəfər siyahıya alındı. Naftali övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adların siyahısına qeyd edildi. Naftali qəbiləsindən 53 400 nəfər siyahıya alındı. Musa, Harun və İsrailin on iki rəhbəri tərəfindən bunlar siyahıya alındı; hər biri mənsub olduqları ailəni təmsil edirdi. İsraildə iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan kişilərin hamısı mənsub olduqları ailəyə görə siyahıya alındılar. Siyahıya alınanlar cəmi 603 550 nəfər idi. Lakin onların arasında Levililər ailələrinə görə siyahıya alınmadı. Çünki Rəbb Musaya demişdi: «Ancaq Levi qəbiləsini siyahıya alma və digər İsrail övladlarını aldığın siyahıya daxil etmə. Şəhadət məskəni ilə onun bütün avadanlığı və məskənə aid olan hər şey üçün məs’uliyyəti Levililərin üzərinə qoy. Məskəni və onun bütün avadanlığını onlar daşısınlar, məskənə baxsınlar və onun ətrafında düşərgə salsınlar. Məskən daşınacağı zaman Levililər onu toplasınlar. Məskən bir yerə qoyulacağı zaman yenə Levililər onu qursunlar. Onlardan savayı məskənə yaxınlaşan öldürülsün. İsrail övladları öz çadırlarını bölüklərinə görə qursunlar. Hər kəs öz düşərgəsində bayrağının altında olsun. Levililər isə Şəhadət məskəni ətrafında düşərgə salsınlar ki, İsrail icması Rəbbin qəzəbinə düçar olmasın. Levililər Şəhadət məskəninə cavabdeh olsunlar». İsrail övladları bütün bunları Rəbbin Musaya əmr etdiyi kimi etdilər.